Azərbaycan Qarabağda ərazilərin yenidən qurulması, münaqişədən sonra həyatın qaytarılması ilə bağlı özünəməxsus bir model ortaya qoyub. Biz artıq ən mükəmməl planlaşdırma aparırıq. Dünyada və regionda ən yaxşı şəhərlər planlaşdırıb qururuq və insanlar üçün ən yaxşı şərait yaradırıq.
Ötən il Qarabağ və Şərqi Zəngəzurda 74 obyektin tikintisinə icazə verilib
FED.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O qeyd edib ki, ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə 8 şəhərin baş planı təsdiq edilib.
“90 kəndin planlaşdırılması da başa çatıb. Bu gün artıq həmin ərazilərdə ümumilikdə 30 minə yaxın insan yaşayır. O cümlədən, 3 min keçmiş məcburi köçkün ailəsi və digər insanlar həmin ərazilərdə yaşayır, fəaliyyət göstərirlər”, - deyə komitə sədri diqqətə çatdırıb. (Azərtac)