Almaniya hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) Dağlıq Qarabağdakı fəaliyyəti üçün 2 milyon avro vəsait ayırıb.
FED.az xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin İnsan Haqları üzrə Komissarı Berbel Koflerin yaydığı açıqlamada bildirilib.
“Altı həftəlik şiddətli döyüşlərdən sonra noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıram.
Almaniya Federal Hökumətinin 2 milyon avro vəsait ayırdığı BQXK-ya yorulmaz fəaliyyətinə görə təşəkkür edirəm. Yardımın təcili çatdırılması üçün BQXK və digər humanitar təşkilatların insanlarla maneəsiz əlaqə qura bilməsi vacibdir”, -deyə B.Kofler bildirib. (Apa)