Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları - BƏYANAT YAYDI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tviter hesabında video paylaşıb.
“Videodan göründüyü kimi eko-fəallar kənara çəkilir və İrəvana gedən BQXK-nın təcili tibbi yardım maşınlarının növbəti konveyi Şuşa-Xankəndi yolunun kəsişməsindən keçir. Körpə oğlan öz valideynləri ilə İrəvana aparılır. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. “Blokada” təbliğatını dayandırın!”, - deyə H.Hacıyev paylaşımında qeyd edib.