İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
FED.az xəbər verir ki, martın 6-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.
Həsənriz kəndinə bu mərhələdə 25 ailə - 75 nəfər köçürülür.