Ağdam şəhərində təhsil, səhiyyə, mədəniyyət, sənaye obyektləri və yaşayış məhəllələrinin tikintisi həyata keçirilir. Hazırda 2-ci, 4-cü və 5-ci yaşayış məhəllələrində inşaat işləri davam edir.
Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
FED.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramına uyğun olaraq, Ağdam şəhərində 5 yaşayış məhəlləsinin tikintisi reallaşacaq. Hazırda 2-ci yaşayış məhəlləsində 11 kvartal üzrə 66 çoxmənzilli bina tikilir. Onlardan 60-ı yaşayış, 6-sı isə qeyri-yaşayış binalarıdır. Məlumata görə, burada 1268 mənzil inşa olunacaq. Onlardan 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlı olacaq. 2-ci yaşayış məhəlləsinə Ağdam sakinlərinin geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq.
4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur. Burada 10 kvartal üzrə 64 bina olacaq. Onlardan 47-si yaşayış, qalanları isə qeyri-yaşayış binasıdır. Bu məhəllədə 4450 nəfərdən ibarət 1080 ailənin məskunlaşması nəzərdə tutulur. Binalarda 48 birotaqlı, 356 ikiotaqlı, 474 üçotaqlı və 202 dördotaqlı mənzil olacaq. Bundan əlavə, bu yaşayış məhəlləsində də yerüstü və yeraltı avtomobil dayanacağı nəzərdə tutulub.
5-ci yaşayış məhəlləsi isə 12 hektardan artıq ərazidə layihələndirilib. 5-ci yaşayış məhəlləsində 12 kvartal üzrə 50 bina inşa olunacaq. Onlardan 40-ı çoxmənzilli yaşayış binası, 10-u isə qeyri yaşayış binalarıdır. Həmin binalarda 1074 mənzil olacaq. Onlardan 5-i birotaqlı, 372-si ikiotaqlı, 443-ü üçotaqlı, 254-ü isə dördotaqlı olaraq nəzərdə tutulub. 5-ci yaşayış məhəlləsində də qeyri-yaşayış binaları tikiləcək, uşaq, idman, istirahət meydançaları və qazanxanalar olacaq.
Tikinti şirkətinin direktoru Mirzə Məcnunov 4-cü yaşayış məhəlləsində görülən işlər barədə məlumat verib. Bildirib ki, binaların bəzilərinin fasadında və daxilində hörgü işləri görülür, bəzilərində isə dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir.
Qeyd olunub ki, hər binada lift və zirzəmidə avtomobil dayanacağı nəzərdə tutulub.
M.Məcnunov, həmçinin müqavilə üzrə göstərilən tarixdə təhvil verilməsi üçün tikinti işlərinin sürətlə davam etdirildiyini diqqətə çatdırıb. (Apa)