Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ağdam yolu ilə apardığı humanitar yardım Xankəndiyə çatıb.
"Yük maşınlarının Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçidi təmin edildi”
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya sülhməramlı kontingentinin teleqram kanalında paylaşılıb.
Məlumata görə, hazırda yardım rusiyalı sülhməramlılar tərəfindən BQXK-nın anbarına boşaldılır.
Yardımın tərkibinə uşaq bezləri və dərman vasitələri daxildir.
Eyni zamanda, BQXK-nın ikinci yük avtomobilinin Laçın-Xankəndi yolunda hərəkətdə olduğu vurğulanıb.