Qarabağın ermənilər yaşayan ərazilərinə ərzağın Ağdam-Xankəndi yolu ilə daşınmasına razılıq verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı «Sputnik Armenian» agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ictimai televiziyası məlumat yayıb.
Televiziya bildirib ki, separatçı qurumun təmsilçiləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Stepanakert ofisinin və Rusiya sülhməramlı kontingentinin komandanlığının Laçın dəhlizi və Ağdam marşrutu üzrə yüklərin paralel daşınması ilə bağlı birgə təklifini qəbul edib.
Məlumatda deyilir ki, ermənilən yalnız xarici mənşəli mallar alacaqlarını (yəni Azərbaycan malları deyil) bildiriblər, yük BQXK-nın avtomobilləri ilə çatdırılacaq.
Məlumatda deyilir ki, hazırda vasitəçilər separatçılarla rəsmi Bakı nümaynədələrinin görüşünü təşkil etməyə çalışırlar.