Banner

Qarabağ

Prezindentdən Ağdam və Tərtərlə bağlı - SƏRƏNCAM

Prezindentdən Ağdam və Tərtərlə bağlı - SƏRƏNCAM | FED.az
14:42 31 May 2021

Prezident İlham Əliyev "Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

FED.az xəbər verir ki, sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Ağdam və Tərtər rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı aşağıdakı kimidir:

Sıra №-si

Rayonun adı

Quyuların sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

1.

Ağdam

10

Bəybabalar kəndi

88

Çəmənli kəndi

3463

Ergi massivi (3 quyu)

1151

Quzanlı qəsəbəsi

3287

Mahrızlı kəndi

1958

Paşabəyli kəndi

764

Səfərli qəsəbəsi

1017

Təzəkənd kəndi

445

2.

Tərtər

10

Bayandur kəndi

680

Evoğlu kəndi

2310

Əksipara kəndi

1205

Hacıqərvənd kəndi

2925

İrəvanlı kəndi

1072

İsmayılbəyli kəndi

1607

Qaynaq kəndi

1916

Şıxarx qəsəbəsi

476

Yuxarı Sarıcalı kəndi

1204

Zolgəran kəndi

382

 

Cəmi:

20

18

25 950

Banner
Banner

Digər xəbərlər