Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır.
Ağdamın Eyvazxanbəyli kəndində 1091 ev tikiləcək - FOTOLAR
FED.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:
"Bu işlər Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində plana uyğun davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllığını planlayaraq bunu edirik".
O qeyd edib ki, hazırda Ağdamda 3 kənddə quruculuq işləri davam edir:
"Prezident İlham Əliyev sonuncu dəfə Ağdama səfər etmişdi. Orada hazırda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəsisslərlə birgə kəndin bərpası üzrə işlər gedir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işlər başlayıb.
Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri yekunlaşdıqdan köç başlayacaq". (Report)