İşğaldan azad edilən Ağdaş şəhərində tikilən “Ağdam Residence” yaşayış kompleksində tikinti işləri yekunlaşıb.
İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub
FED.az xəbər verir ki, bu barədə bu gün keçirilən media-turda “Ağdam Residence’’ layihəsinin tikinti işləri üzrə rəhbəri Emin Cəfərov məlumat verib.
Qeyd olunub ki, “Ağdam Residence” yaşayış kompleksi 1,55 hektar ərazini əhatə edir. Kompleksin ərazisində ilkin 6 yaşayış binası inşa edilib.
Bundan başqa, kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir. Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dörd otaqlıdır.
Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.(Apa)