İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün tarixi müəyyənləşib.
Eləcə də bax: "Qaçqınkom" sədri: “Ağalı kəndinin 428 sakininin çoxu doğma yurda qayıtmaq istəyir”
FED.az xəbər verir ki, bu barədə Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.
Vəliyəddin Paşayev bildirib ki, o, hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışır:
“Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Sabah ailə üzvlərimiz gedib analiz verəcək, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür”. (Oxu.az)