İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə 10 ailə köçürülüb. Ümumillikdə isə 40 ailənin Ağalıya köçü planlaşdırılır.
Eləcə də bax: Vahid Hacıyev: "Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur"
FED.az xəbər verir ki, rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərə köçürülənlər 3 il müddətinə sosial yardımpaketlərindən yararlana biləcəklər.
Bəs, ağalıların adaptasiya müddətində müəyyən çətinlikləri nəzərə alınaraq, kommunal xərclərdən azad edilməsi gözlənilirmi?
Məsələ ilə Ağalı kənd icra nümayəndəsi Gəray Hüseynov danışıb.
G.Hüseynov bildirib ki, köç başa çatdıqdan sonra məsələ ilə bağlı danışıqlar aparılacaq:
“Hazırda Ağalı işıq və su ilə tam təhciz olunub. Ağalılar da, biz də ümid edirik ki, dövlətimiz kommunal xidmətlərlə bağlı 40 ailəyə güzəştlər edəcək”. (Modern.az)