Bu gün Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın saatlarda gözlənilən görüşü ərəfəsində görüşün bəzi detalları məlum olub.
Sülh müqaviləsi, «Tramp dəhlizi», Minsk qrupundan çıxış – ƏLİYEV VƏ PAŞİNYAN VAŞİNQTONDA
Vaşinqtonda Prezident İlham Əliyevin iştirakı ilə SOCAR-la “ExonMobil” arasında memorandum imzalandı
FED.az biznes və iqtisadiyyat xəbərləri agentliyi CNN-ə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bəyan edib ki, ABŞ prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Ermənistan və Azərbaycan liderlərini qəbul edəcək və onlar ABŞ-a Cənubi Qafqazda mühüm tranzit marşrutunun inkişafı üçün unikal imkan verəcək sülh sazişini yekunlaşdıracaqlar.
Anna Kelli jurnalistlərə açıqlamasında marşrutun Trampın adını daşıyacağını bildirib: «Bu, Ermənistanın və onun xalqının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə maneəsiz səyahəti təmin edəcək» deyən Kelli, bunun Trampın Beynəlxalq Sülh və Rifah Route (TRIPP) adlanacağını və əsas infrastruktur əlaqəsi olacağını əlavə edib.
Layihə Ermənistan Respublikasının qanunları çərçivəsində həyata keçiriləcək. Ağ Evin mətbuat katibinin müavini bildirib ki, işçi qrupları yaxın aylarda yol xəritəsinin müddəalarının tam şəkildə həyata keçirilməsi üçün dərhal işə başlayacaq.
“Sülhə gedən bu yolu açmaqla biz Cənubi Qafqaz regionunda ticarət, tranzit və enerji axınları üçün nəhəng potensialı açmış oluruq”, o əlavə edib.
“Prezident Tramp həm Ermənistan, həm də Azərbaycanla hər bir ölkə və regionla əlaqələrimiz üçün yeni imkanlar açacaq, eyni zamanda Amerika bizneslərinə fayda verəcək sazişlər imzalayacaq”, - Kelli bildirib.
Amerika qurumlarının tranzit marşrutunu idarə edəcəyi ilə bağlı rəsmi danışıqların gələn həftə başlayacağı gözlənilir.
“Prezident Tramp bu gün danışıqlar qrupunun yaradılması ilə bağlı sərəncam imzalayacaq”, – Kelli bildirib. "Dünənki elandan sonra mənə müxtəlif operatorlardan (dəhlizin idarə edilməsi üçün seçim ediləcək operatorlar nəzərdə tutulur – FED.az) doqquz zəng gəldi. Mən üç fərqli Amerika operatorunu görməkdən məmnun oldum", o əlavə edib.