ABŞ Azərbaycan qoşunlarının Qarabağdı irəliləməsindən «dərindən narahatlığını» bildirir.
FED.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Caliina Porter bildirib.
«2020-ci ilin noyabrında atəşin dayandırılmasından sonra təmas xətti boyunca vəziyyəti diqqətlə izləyirik»deyə o bildirib.
«Birləşmiş Ştatlar Azərbaycan qoşunlarının hərəkətinən dərindən narahatlığını bildirir. Qoşunların yerdəyişməsi və digər eskalasiya tədbirləri məsuliyyətsiz və provokasiyadır»-deyə ABŞ Dövlət Departamentinin nümaynədəsi bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-a cavabı özünü gözlətməyib. Nazirlik Dövlət Departamentinin bu açıqlamasını «məsuliyyətsiz hərəkət» adlandırıb. Nazirlik bildirib:
«25 mart 2022-ci il tarixində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirlə bağlı Dövlət Departamentinin rəsmisinin diqqətinə çatdırırıq ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb.
Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib. Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur.
Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır.
Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir».