Azərbaycan hökumıti 2023-cü ildə Laçın rayonunda infrastrukturun layihələndirilməsi, tikintisi və yenidənqurulması işlərinin maliyyələşdirilməsinə əlavə olaraq 250 milyon manat yönəldəcək.
Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, “Bu vəsait dünən Azərbaycan prezidenti tərəfindən təsdiq olunmuş dövlət büdcəsinə dəyişikliklər çərçivəsində ayrılacaq , -hökumətdən məlumat verilib.
Qeyd olunan vəsait Laçın şəhərində, o cümlədən Laçın rayonunun kənd və qəsəbələrində inzibati binaların və digər infrastrukturun layihələndirilməsi, tikintisi və yenidənqurulmasına yönəldiləcək. (İnterfaks-Azərbaycan)