“2018-ci ildə Azərbaycanda 200 min tona yaxın xurma istehsal edilib”.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan xurma istehsalçıları və ixracatçıları Assosiasiyasının sədri Qadir Yusifov məlumat verib.
Q.Yusifov qeyd edib ki, 2018-ci ildə 150 min ton məhsul ixrac edilib, 2019-cu ildə 50 min tona yaxın ixrac həyata keçirilib. Onunda 4 min tondan çox hissəsi mart ayının payına düşür.
Eləcə də bax: Azərbaycanda “Ağıllı bağ” yaradıldı, telefonla idarə olunacaq - YENİLİK
“İxrac həyata keçirilmiş ölkələr əsasən Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, BƏƏ-dir”, - Q.Yusifov qeyd edib.
O əlavə edib ki, artıq Azərbaycan emal edilmiş quru xurma da ixrac edir: “Avropa ölkələrinə - Hollandiyaya, Almaniyaya, həmçinin Rusiyaya, Ukraynaya və digər yerlərə ixrac olunur. Lakin böyük həcmdə ixrac nəzərdə tutulmayıb”.
Q.Yusifovun sözlərinə görə, ötən ilin sentyabrdan bu ilin mart ayı da daxil olmaqla Azərbaycandan 150 mln. dollara yaxın xurma ixrac edilib.
Azərbaycanda xurma əsasən Göyçay, Balakən, Ağcabədi və Gəncədə yetişdirilir. Balakən və Göyçaydayarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb.