Bakıda məşhur ailə restoranı olan “Şır-Şır”da iaşə obyektinin sahibi Elbrus Hüseynovun meyiti tapılıb.
FED.az xəbər verir ki, məlumat Binəqədi Rayon Polis İdarəsindən alınıb.
Məlumata görə, Elburus Hüseynovun cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin araşdırmaların nəticələrinə görə, restoran sahibi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma davam etdirilir.
© “Sputnik Azərbaycan”