Dövlət Statistia Komitəsi 2018-ci ilin ilk 9 ayı üçün əsas kapitala yönəldilmiş investisyalar haqqında göstəriciləri açıqlayıb. Komitənin FED.az-ın sorğusuna cavab olaraq verdiyi məlumatdan məlum olur ki, sözügedən dövrdə Azərbaycanın bölgələrinə investisiya yatırımlarının böyük hissəsi dövlət investisiyalarıdır.
Komitənin açıqladığı məlumata görə, bu dövrdə respublikaya bütün mənbələrdən 10 mlrd 831,7 mln manat investisiya yatırılıb. Bu məbləğin də 5 mlrd 234,6 mln manatı və ya 48,33%-i dövlət sektorunun, qalan 51,67%-i və ya 5 mlrd 597,mln manatı özəl sektorun payına düşür. Başqa sözlə, ölkə üzrə ümumi investisiya qoyuluşunda özəl sektorun payı daha yüksəkdir.
Bununla yanaşı, özəl sektorun yatırdığı vəsaitlərin böyük hissəsi Bakı və Abşeron iqtisadi rayonunun payına düşür. Belə ki, ölkə üzrə özəl sektorun yatırdığı 5 milyard 597 milyon 107,8 min manat investisiyanın 4 milyard 484 milyon 066,2 min manatı və ya 80,1%-i Bakı və Abşeron iqtisadi rayonuna (Abşeron rayonu, Xızı, Sumqayıt) yönəlib.
Ölkənin digər şəhər və rayonlarına isə ümumilikdə 1 milyard 113 milyon 41,6 min manat özəl yatırım edilib. Ayrı-ayrı rayon və şəhərlərə investisiya yatırımlarında özəl sektorun payı dövlət sektoru ilə müqayisədə qat qat aşağıdır. Belə ki, FED.az xəbər verir ki, ümumilikdə Bakı və Abşeron iqtisadi rayonu istisna olmaqla digər rayon və şəhərlərdə özəl sektorun yatırımlarda payı 34%-dir.
Ölkənin 10 rayonunda yatırımlarda özəl sektorun payı 3%-dən, 24 rayonda isə özəl sekorun payı 10%-dən, 38 rayonda özəl sektorun yatırımları 20%-dən aşağıdır.
Rayonlar üzrə ən çox invesisya qoyulan Bakı şəhəridir. Bakı şəhərinə ümumi olaraq 6 mlrd 918,8 mln manat olub. Bu məbləğində ümumi göstəricidə payı 63,88%-dir. Bakı üzrə investisyanın 38,57%-i dövlət sektorunun, qalan 61,43%-i özəl sektorun payına düşür.
Naxçıvan iqtisadi rayonunu və göstəricisi olmayan 7 rayonu nəzərə almasaq 59 rayondan 55-də dövlət sektorunun payı özələ nisbətən daha çoxdur.
Bakı şəhərini nəzərə almasaq rayonlar üzrə investisya qoyulmasında dövlət sektorunun payı daha çoxdur. Dövlət sektorunun payının daha yüksək olduğu rayonlar Qobustan (99,95%), Daşkəsən (99,18%), Goranboy (98,92%), Şabran (98,90%), Gədəbəy (98,90%), Lerik (98,80%). Bu rayonlarda özəl sektorun payı sıfıra yaxındır.
Rayonlar üzrə investisya qoyulmasında özəl sektorun payının ən yüksək olduğu rayonlar isə Lənkəran (71,12%), Kürdəmir (53,23%), Gəncə(52,42%) və Balakəndir (51,56%). Cəmi 4 rayonda investisiya qoyuluşlarında özəl sektorun payı dövlətdən yüksəkdir.
Xatırladaq ki, Naxçıvan iqtisadi rayonunun digər rayonları üzrə göstəricilər yoxdur. Naxçıvan iqtisadi rayonunda özəl sektorun payı 77,58%-dir.
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın bölgələrinə investisiya qoyuluşu (min manat)
Özəl sektorun pul yatırmadığı Azərbaycan rayonları - SİYAHI, MƏBLƏĞLƏR
13:17
29 Dek 2018