Turizm Şurası ləğv edilib.
FED.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: “Şahdağ Turizm Mərkəzi” vahid bir kompleks halında idarə olunacaq
Turizm Şurasının ləğvi ilə əlaqədar “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında” da müvafiq dəyişiklik edilib.
Bu Şura ləğv edildi – FƏRMAN
18:38
26 Dek 2018