“Meliorasiya və su təsərrüfatı” ASC torpaq sahələrinin suvarılması üçün paylayıcı kanalların tikintisi ilə əlaqədar «M Ssot» MMC-ni podratçı qismində cəlb edib.
FED.az xəbər verir ki, «M Ssot» şirkəti ilə Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi işlərinin I mərhələsi üzrə müqavilə bağlanılıb. Bu şirkət «Meliorasiya və su təsərrüfatı” ASC-nin cari ilin iyun ayında keçirdiyi tenderin qalibi olub.
Müqavilənin dəyəri 21 mln. 700,199 min manat təşkil edir.*