İŞİD-lə mübarizədə beynəlxalq koalisiyaya rəhbərlik edən Amerika Birləşmiş Ştatlarının Fars Körfəzindəki Teodor Ruzvelt aviadaşıyıcısı. Bu hərbi gəmi Suriya və İraqda terrorçularla mübarizədə əsas istinad nöqtəsidir.
Terrorçuların mövqelərinə aviazərbələr əsasən hərbi hücum-döyüş təyyarələri olan F/A-18 Hornetləri ilə endirilir. Bu super hornetlər – yəni “eşşək arıları” Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin əsas hücum-döyüş təyyarəsidir. Gəmi göyərtəsində daşınan bu qırıcılar istənilən an, dünyanın istənilən yerində hərbi tapşırıq yerinə yetirmək gücündədir.
Teodor Ruzvelt aviadaşıyıcısındakı avadanlıq və ekipaj hər zaman yüksək hazırlıq vəziyyətindədir. Aviahücum qrupunun rəhbəri, kontr admiral Stiv Koler deyir ki, ABŞ İŞİD-lə mübarizəni bu təhlükə mövcud olduğu müddətdə davam etdirəcək.
Elləcə də bax: “Mənim nəzir qutuları ilə nə işim var?”
Stiv Koler həm də təcrbəli pilotdur. F-14 TOMCAT, F-18E/F super hornetlərində təxminən 4 min saata yaxın uçuş həyata keçirib. İndi isə daha çox gənc pilotlara etimad göstərir. Hətta Rusiya və İraqdakı hərbi əməliyatlarda belə.
Aviadaşıyıcının göyərtəsində 44 bombardmançı qırıcı, 9 elektron hücum təyyarəsi, 2 C2 Greyhound təyyarəsi, 11 vertolyot var. Onlarn hər birinin sükanı arxasında gənc pilotları görmək mümkündür. Uçuş onların həyat tərzidir. Aviadaşıyıcı gün əzrində 100 hərbi uçuş həyata keçirmək iqtidarındadır. Burada təyyarələrin hərəkətinə nəzarət zərgər dəqiqliyi ilə həyata keçirilir.
Teodor Ruzvelt aviadaşıyıcısının uçuş sahəsi təxmiən 182 min kvadrat metrdir. Bura park, üçüş və eniş hissələri daxildir. Gəmidə 3 zenit raket kompleksi, 4 artilleriya kompleksi var. Bütün bu qurğuların, göyərtədəki təyyarələrin texniki cəhətdən qüsursuz olması vacib şərtlərdəndir. Bu işə xüsusi nəzarət var.
Teodor Ruzvelt aviadaşıyıcısı təxminən 5 min insanın yaşadığı kiçik üzən şəhərdir. Göyrətə sakinlərinin 19 faizi qadındır. Aviadaşıyıcıda təxminən 500 zabit, 298 pilot, 114 dəniz aviasiyası zabiti xidmətdədir.
1984-cü ildən dünya sularında üzən aviadaşıycı 1901-1909-cu illərdə Amerika Birləşmiş Ştatlarının prezidenti olmuş Teodor Ruzveltin adını daşıyır. O, hərbi əməliyyatlara 1991-ci ildə – “Səhrada fırtına” əməliyyatı zamanı cəlb edilib. Aviadaşıyıcının göyərtəsindən 4200 hərbi uçuş həyata keçirilib. 1999-cu ildə NATO-nun Yuqoslaviyaya qarşı müharibəsində iştirak edən avidaşıyıcı 2015-ci ildən İŞİD-ə qarşı mübarizəyə qoşulub.
CBC