Ölkəyə gələn turistlərin sayının çoxluğu kirayə bazarına da öz təsirini göstərib. Bu dəfə regionlarda kirayə bazarını araşdırmışıq. FED.az bildirir ki, turist axınının kirayə mənzil qiymətlərinə ən çox təsir edən rayon İmişlidir. Səbəb isə ərəb turistlərdir. Əsasən ov məqsədi ilə gələn ərəblər çox vaxt uzun müddətə qalırlar. Rieltorların sözlərinə görə, ərəb turistlərin İmişliyə gəlişi ilə kirayə mənzillərin qiyməti 1500 manata qədər yüksəlib. Amma burada evlərin şəraitinin qiymətə təsiri də böyük rol oynayır.
Eləcə də bax: Tikinti şirkətləri üçün pis xəbər – MAAŞLARDA YENİ QAYDA
Kirayə bazarınındakı qiymət arımı digər bölgələrdə də özünü göstərib. Evlərin qiymətləri isə yerləşdiyi əraziyə görə dəyişir. Nisbətən şəhər mərkəzində olan evlər daha baha qiymətə kirayə verilir. Məsələn, Lənkəran şəhərində kirayə evlərin qiymətləri 150 manatdan başlayır. Burada hətta 800 manata da kirayə ev var.
Eləcə də bax: Köhnə binalarda evlər bahalaşır
Böyük şəhərlərdə kirayə mənzillərə tələbin belə çox olmasının başlıca səbəblərindən biri də həmin şəhərlərdə yerləşən təhsil ocaqlarıdır. Xüsusən, Lənkaran və Mingəçevir şəhərlərində kirayə mənzillərin əsas sifarişçiləri tələbələrdir.
Eləcə də bax: Azərbaycanda bütün əşyalar girov qoyulacaq – TƏQDİMAT
Kirayə mənzillərə tələbat Şabran rayonunda da özünü göstərir. Rieltorların sözlərinə görə, xüsusən turizm bölgələrində yay aylarına döğru kirayə qiymətləri artmaqda davam edəcək (fins.az).
Eləcə də bax: Plazalarda ofislərin kirayəsi neçəyədir? - QİYMƏTLƏR