Azərbaycanda daşınar əmlakın yüklülüyü reyestri işə düşür. FED.az xəbər verir ki, bu reyestr vasitəsilə əmlak sahibləri istənidən əmlak və avadanlıqları girov qoyub kredit götürə biləcəklər. Reyestri Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıb və yeni sistem palatanın tərkibində fəaliyyət göstərir.
Bu reyestrdə dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyü qeydə alınacaq. Borcverənlərn bu sistemə çıxışı təmin ediləcək, yüklü əmlakların təkrar istifadəsi (yəni ikinci dəfə girov qoyulması) məhdudlaşdırılacaq, yüklü əmlakların məhkəmədən kənar satışı baş verəcək.
Eləcə də bax: "Neftdən sonrakı dövrün bünövrəsi qoyulur"
Hazırda Daşınar Əmlakın Yüklülüyünün dövlət reyestrinin təqdimt mərasimi keçirilir. Tədbirdə çıxış edən Palatanın baş icraçı direktoru İbrahim Alışov bildirib ki, bu reyestrin işə düşməsi ölkədə yeni kreditləşmə mərhələsinə keçidə imkan verəcək.
«Daşınar əmlakın yüklülüyü reyestri Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında katalizator rolunu oynayacaq. Hazırda Azərbaycanda girov kimi, daha çox daşınmaz əmlaka üstünlük cverilir. Təbii ki, bu daşınmaz əmlakın risklərlə bağlı üstünlüyü ilə əlqədardır. Xarici təcrübə isə fərlidir. Məsələn, inkişaf etmiş ölkələrdə kreditlər ÜDM-nin 60%-ni təşkil edir. Bizdə bu rəşəmlər çox aşağıdır. Bundan başqa biznesin yatırımlarının 60-70%-i daşınar əmlaka yatırılır».
Eləcə də bax: «Qaytarılmayan kreditlər 30-40%-ə çatır» - AÇIQLAMA
Baş İcraçı Direktor bilirib ki, onun sözlərinə görə, ölkədə kredit sisteminin inkişafı üçün daşınar əmlakların qeydiyyatı vacib amildir: «bizdə daşınar əmlakın yüklülük prinsipləri yox idi və bu öz növbəsində kredit almaqda çətinliklər yaradırdı. Bu yenilik isə yeni iqtisadi münasibıətlərin yaranmasında mühüm əhəmiyyət kəsb edəvək. Əminik ki, bu reyestrin fəaliyyyətə başlaması maliiyə resurslarına və dövlətimizin inkişafına səbəb olacaq».