Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Avropa ölkələrinə ixrac missiyaları təşkil edəcək.
Bu barədə FED.az-a açıqlamasında fondun rəhbəri Rüfət Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda Qərbi və Şərqi Avropa ölkələrinin bazarları ilə bağlı araşdırma aparılır: "Araşdırma başa çatdıqdan sonra konkret prioritet sahələri seçiləcək. Artıq bəzi meyvə-tərəvəzlərin Almaniyaya və digər Avropa ölkələrinə ixracı ilə bağlı ilkin razılaşmalar və sifarişlər əldə edilib".
R.Məmmədov onu da qeyd edib ki, Azərbaycan şərablarının Çinə ixracı artmaqdadır: "Həm şərab ixracının həcmi, həm də ixracda iştirak edən şirkətlərin sayı artıb. Artıq 8 Azərbaycan istehsalçısı öz məhsullarını Çinə ixrac edir".