Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib.
FED.az xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Məlumatda deyilir: “Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar”.