Son illər Azərbaycanda aparılan islahatlar, biznes mühitinin yaxşılaşması və birbaşa investisiyaların cəlb olunması üçün ciddi təşviq işləri aparılır. Bütün bunlar Fransız şirkətləri üçün fürsət sayıla bilər. FED.az xəbər verir ki, bu barədə Maliyyə Naziri Samir Şərifov Fransanın iqtisadiyat və maliyyə naziri Bruno Lö Merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə keçirilən mətbuat konfransında bildirib.
Öz növbəsində Fransanın iqtisadiyat və maliyyə naziri Bruno Lö Meri bildirib ki, fransız şirkətləri Azərbaycanda neft-qaz, enerji, o cümlədən bərpa olunan enerji sahələrinə maraq göstərirlər. Bundan başqa, fransız şirkətləri ətraf mühit, nəqliyyat və müdafiə sənayesi sahəsinə maraq göstərir.
Fransa şirkətlərinin Azərbaycanda maraq göstərdiyi - SAHƏLƏR AÇIQLANDI
13:23
29 İyul 2019