25 iyun 2019 18:12

“Megafun”dakı partlayışla bağlı - AÇIQLAMA

22 iyunda Megafun Əyləncə Mərkəzində baş verən hadisə ilə bağlı mərkəz açıqlama yayıb.

ELƏCƏ DƏ BAX : “X-Lady”dəki yanğın söndürülüb - CANLI YAYIM

 

FED.az xəbər verir ki, açıqlamada deyilir:

“Mediada  yayılmış məlumatlarla bağlı bildirmək istərdik ki, insident uşaqların əyləndikləri və atrakssionların yerləşdiyi ərazidə olmayıb və Megafun Əyləncə Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. 

Belə ki, həmin insident ticarət mərkəzində yerləşən kafelərin birində müştəri tərəfindən dəvət olunan animatorun (janqlyorun) qeyri-peşakarlığı və ehtiyatsızlığı səbəbindən baş verib. 

 

Bununla belə hadisə nəticəsində obyektdə quraşdırılmış avtomatik yanğınsöndürmə sistemi işə düşmüş və yanğının baş verməsinə şərait yaradılmamışdır. 

Hadisə barədə məlumatlandırılmış aidiyyatı dövlət qurumları operativ şəkildə obyektə baxış keçirmişlər.

Hazırda Megafun Əyləncə Mərkəzi tam spektrda fəaliyyətini davam etdirir və öz müştərilərinin xidmətindədir.

 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz