Bakıda "Neftçilər" metrostansiyası yaxınlığında "X-Lady" geyim mağazasında baş vermiş yanğın söndürülüb.
Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər gəliblər.
FED.az Qafqazinfoya istinadən xəbər verir ki, Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir: "Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq".
FED.az REAL TV-yə istinadən xəbər verir ki, mağazanın dam örtüyündə tüstülənmə başlayıb və yanğın mağazanın daxilinə keçib.