21 iyun 2019 10:17

Norveç şirkətinin Azərbaycanda filialı açılıb

Azərbaycanda “İKM Cleandrill AS” adlı Norveç şirkətinin filialı açılıb.

FED.az xəbər verir ki, Banker.az- a daxil olan məlumata görə, şirkətinin təmsilçisi 49 yaşlı Hasler Thomas Arthur-dur. O, Böyük Britaniya və Şimali İrlandiya əsilli mühəndisdir.

“İKM Cleandrill AS” adlı bu şirkət Bakı şəhəri, Xətai rayonu, Nobel pr, ev 15, 1212-ci Məhəllə m.24 ünvanında fəaliyyət göstərəcək.

Bildirək ki, “İKM Cleandrill AS” şirkəti dənizdə qazma işləri üçün xidmətlər göstərir. Şirkət 2010-cu ildə təsis edilib və Norveçin Straume şəhərində yerləşir. “İKM Cleandrill AS” əvvəllər “Cleandrill AS” kimi tanınıb. 2011-ci il 21 dekabr tarixindən artıq “İKM Cleandrill AS” kimi fəaliyyət göstərir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz