Bir neçə gündür Cəlilabad rayonunda açıq havada yetişdirilmiş çiyələk yığımına başlanılıb.
FED.az xəbər verir ki, bu il əkin dövründə havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsirini göstərib.
Məhsul istehsalçıları yetişdirdikləri məhsulu yerli bazarlarda satmaqla yanaşı, Rusiyaya və ərəb ölkələrinə ixrac edirlər.
Eləcə də bax: Azərbaycanda ilk dəfə - BANAN YETİŞDİRİLİB
Beş ildir ki, rayonda İspaniyadan gətirilmiş yeni növ çiyələk əkilir. Nəticədə, çiyələyin məhsuldarlığı iki dəfədən çox artıb.
Yerli bazarlarda çiyələyin bir kiloqramı 0,50-1 manata satılır.
Rayonda yeni inşa edilmiş soyuducu anbar 130 tondan çox çiyələk məhsulunun ixrac imkanlarını artırıb. Fermerlər müqavilə əsasında Dubaya, Küveytə 10 tonlarla çiyələk məhsulu ixrac ediblər.
Qeyd edək ki, bu il Cəlilabad rayonunda 500 hektarda çiyələk əkilib. Hər hektardan 200 sentner məhsulun götürülməsi planlaşdırılır.