Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi "SOCAR Türkiyə"də işləyəcək.
FED.az xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov bildirib ki, “Star” və “Petkim”də hələlik 6 yer nəzərdə tutulub.
Eləcə də bax: Estoniya universiteti təqaüd proqramı elan etdi – SƏRFƏLİ ŞƏRTLƏR
"SOCAR Türkiyə"nin apardığı seçim prosesi nəticəsində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan altı tələbə seçilib, onlar “Star” neft emalı zavodunda və “Petkim” neft-kimya kompleksində işləyəcək.
Rektor bildirib ki, Ali Məktəbin əsas strategiyası şirkətlərə istehsalat təcrübəsi, praktik vərdişləri olan kadrlar yetişdirməkdir. Həmçinin o bildirib ki, tələbələrin məzun olmamış iş təklifi alması Ali Məktəbin “Biz iş axtarmırıq, iş bizi axtarır” şüarını təsdiq edir. Onun sözlərinə görə, indiyə kimi BANM-ın 30-a yaxın məzunu “Star” və “Petkim” zavodlarında çalışır.
“Star” və “Petkim” SOCAR-ın Türkiyədə fəaliyyət göstərən və böyük investisiya edilmiş neft-kimya zavodlarıdır.