Azərbaycanda 2019-cu ildə keçirilən buraxılış imtahanlarında köçürməyə şərait yaratdığına görə, 1800-ə yaxın müəllim «qara siyahıya» düşüb. Bu barədə FED.az-a buraxılış imtahanlarının təşkilatçısı olan Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.
Onun sözlərinə görə imtahanlarda nəzarətçi qismində 15 min müəllim iştirak edib. Onların 12 faizi köçürməyə şərait yaratdığına görə, «qara siyahı»ya düşüb: «Bundan sonra həmin müəllimlər heç vaxt nəzarətçi qismində növbəti imtahanlarda iştirak edə bilməyəcək»-deyə X.Xanlarzadə bildirib.