Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bir daha təsdiqlədi ki, hazırda Bakı şəhərindəki bütün parkovka yerləri pulsuzdur. Əgər kimlərsə pul yığırsa, bu qanunsuzdur və pul yığanların BNA-ya aidiyyatı yoxdur. Ona görə pulsuzdur ki, bununla bağlı proseduralar və tariflər təsdiqlənməyib”.
FED.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz feysbukda yazıb. O. Gündüzün sözlərinə görə, real vəziyyətdə isə bütün parkovkalardan pul yığılır: “Bir neçə gün öncə də mən parkovkaların, ümumiyyətlə yol hərəkətinin tənzimlənməsi ilə bağlı ötən il imzalanan Prezident fərmanının müvafiq bəndlərinin indiyədək də icra olunmadığını yazmışdım.
Eləcə də bax: Yola yaxın yaşayanlara pulsuz - PARKİNQ İCAZƏSİ VERİLƏCƏK - YENİLİK
BNA rəsmisi bildirir ki Prezident Fərmanının icrası ilə bağlı, parkovka yerləri üçün qanuni prosedurların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Lakin Nazirlər Kabineti hələlik bununla bağlı hər hansı addım atmayıb.
O da maraqlıdır ki, dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi sistemini tez bir zamanda qura bilirlər və dərhal da icrasına başlayırlar.
Yəni, Prezident fərmanının bu hissəsi dərhal icra edilib.
Amma qanuni parklama üçün BNA həmin fərmanla ona verilən səlahiyyətlərini yerinə yetirə bilmir, normal bir elektron sistem qurulmur və ya kimlərsə buna imkan vermirlər.
Əslində isə bütün dünyada olduğu kimi bu sahədə normal proseduralar yaratmaq, mobil tətbiq üzərindən parkovka xidmətləri əldə etmək və onlayn ödəniş etməyə imkan verən sistemi qurmaq adi bir işdir.
Görünür, kimlərinsə marağındadır ki, bu sahədə qayda-qanun yaradılmasın, onların Nazirlər Kabinetinə təsir imkanları da yetərincədir və hər gün toplanan qanunsuz vəsaitlər də bu maraqlı şirkətlərin cibinə gedir”.
Eləcə də bax: Parkinq talonunu itirməyə görə - CƏRİMƏ QANUNSUZDUR – MƏHKƏMƏ QƏRARI
Qafqazinfo