“Xəzər Tibb Mərkəzi” PHŞ-nə ətraf mühitin mhafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan ( İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər 3500-4500 manatadək məbləğdə, hüquqi şəxslər 10-15 min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində hakim Zaur Tağıyevinx icraatındadır.