Kayman Adalarının “Salyan Oyl Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət İnzibati Xətalat Məcəlləsinin 253.2-ci maddəsi ilə (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) protokol irəli sürülüb.
Həmin maddəyə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə, fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.
İşə Salyan Rayon Məhkəməsində hakim Ənnağı Məmmədli təyin edilib.