“Kristal Abşeron” Mənzil Tikinti Kooperativi iki nəfər vətəndaş tərəfindən məhkəməyə verilib.
FED.az xəbər verir ki, vətəndaşlar Hüseynova İradə Hüseyn qızı, Quliyev Şahmar İmamqulu oğlu məhkəməyə müraciət edərək “Kristal Abşeron”la bağlı iddia qaldırıblar.
İddianın qaldırılma səbəbi mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr – maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır.
Hüseynova İradənin iddiasına Sumqayıt Apellyasiya Məhkəməsində 30 yanvar tarixində hakim Fuad Məmmədovun sədrliyi ilə, Quliyev Şahmarın iddiasına isə Yasamal Rayon Məhkəməsində 26 yanvar tarixində hakim Fariz Əlizadənin sədrliyi ilə baxılacaq.