Dövlət Vergi Xidməti Baki Şəhəri Kiçik Sahibkarliqla İş Üzrə Baş İdarəsi “Franciko " MMC-yə məhdudiyyət tətbiq edib.
FED.az xəbər verir ki, işin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatla bağlıdır.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Məsələ hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.