“Aqrar İnnovasiya və Təchizat Şirkət" ASC iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən məlumatların açıqlanması qaydalarının pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə görə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranov təyin edilib.