Şəmkir Səbəti Ticarət Mərkəzi “Azəriqaz” İB-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Gəncə Kommersiya Məhkəməsində baxılır. İddia hakim Kənan Vəliyevin sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Gəncə-Qazax magistral yolunun kənarında yerləşən “Şəmkir Səbəti” ticarət mərkəzinin açılışı 27 avqust 2016-cı il tarixində olub.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








