“Resant Consulting And Management” MMC barəsində Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik qaydaları əleyhinə olan (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) inzibati xəta protokolu tərtib olunub.
- “Mahmud-Topçu-K” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
- “Nardaran Daş Karxana Təsərrüfatı LTD” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədovun icraatındadır.