"Xaliq Faiqoğlu” MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə-
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın icraatındadır.
Qeyd edək ki, şirkət daha öncə həmin məcəllənin 347-ci, 430.4-cü, 469,3-cü maddələri üzrə məhkəməyə verilib.