"Viveros Veron East" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30-50 faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.
İş Bakı Şəhər Nərimanov Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 03.10.2023, saat 09:30-a təyin edilib.