"Veysəloğlu" MMC “Boom Group Az” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.
"Veysəloğlu" MMC (VÖEN: 0700159551) 22.05.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 826 172 manatdır. Şirkətin qanuni təmsilçisi Qabil Əhmədov Müzəffər oğludur. Hüquqi ünvanı Az1029, Baki Şəhəri Nizami Rayonu, 2-Ci Eninə , Ev 2-də yerləşir.