"TAİS İKF" MMC Yevlax Rayon Mərkəzi Xəstəxanasını məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (podrat) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Şəki Kommersiya Məhkəməsində baxılır. İddia hakim Mübariz Hüseynovun icraatındadır.
Məhkəmə ilə əlaqəli hazırlıq iclası 06.06.2023, saat 11:00-a təyin edilib.