"Sun Food" MMC “BLC Distirbution” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "Sun Food" MMC (VÖEN: 9900020861) 16.05.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 110 225 020 manatdır. Qanuni təmsilçisi İrfan Yılmazdır. Hüquqi ünvanı Az1069, Bakı Şəhəri Nərimanov Rayonu, Ziya Bünyadov, ev 350A-da yerləşir.
BLC Distribution MMC (VÖEN: 1404472951) isə 12.12.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi Eldar Məmmədov Ənvər oğludur. Hüquqi ünvanı Az1014, Bakı Şəhəri Nəsimi Rayonu, Füzuli, ev 49, m. 17-də yerləşir.