"SLB Construction” MMC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nəimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.
Xatırladaq ki, "SLB Construction" MMC 24.01.2019-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Altay Ağayev Əlövsət oğludur. Hüquqi ünvanı Az1102, Bakı şəhəri, Nəsimi Rayonu, 20 Yanvar, ev 37 A, m 126-da yerləşir.