Kayman Adalarının "Salyan Oyl Limited" Şirkətinin Azərbaycandakı Filialı barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İşə Şirvan Şəhər Məhkəməsində baxılır. İddia hakim Etibar Hümbətovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, həmin şirkət 25.10.1999-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Kamil Əsgərov Əmirağa oğludur. Hüquqi ünvanı Az1010 Bakı şəhəri Səbail rayonu Nizami ev 90 A