"Rige Motors" MMC məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkətə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, şirkət 09.03.2017 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manatdır. Qanuni təmsilçisi Rasim Mustafayev Hafiz oğludur.
Hüquqi ünvanı Az1010, Bakı şəhəri Nəsimi Rayonu, Tramvay Döngəsi ev 7, m 2-də yerləşir.