"QMED Sağlık Turizm Diagnostic Kimya CO" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər 150-200 manatadək məbləğdə, hüquqi şəxslər 300-500 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 14.03.2023, saat 15:30-a təyin edilib