"Pilot Residence" Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib.
FED.az-ın xəbər verir ki, şirkəti məhkəməyə verən şəxslər isə Qurbanov Samir Natiq oğlu, Baqıyeva Aliyə Nəriman qızı və Yəhyəzadə Elşən Rufət oğludur.
Qurbanov Samir Natiq oğlu və Yəhyəzadə Elşən Rufət oğlu məhkəmədə şirkət rəhbərliyi barəsində alqı-satqı müqaviləsindən qaynaqlanan mübahisələr üzrə iddia qaldırıblar.
Yəhyəzadə Elşən Rufət oğlu və Baqiyeva Aliyə Nəriman qızı isə şirkət rəhbərliyi barəsində “Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər” üzrə məhkəmə iddiası qaldırıblar.
Məhkəmə işləri müvafiq olaraq Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimləri Şəhla Süleymanovanın və Rəna Qafarovanın icraatındadır.